Hər ikisi ilə humanitar, siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya və Ukrayna arasındakı müharibəni bir an əvvəl dayandırmaq üçün səylərimizi davam etdiririk.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, enerji sahəsindən qidaya qədər bir çox sahədə dünyada və Türkiyədə təsiri hiss olunan müharibənin başa çatmasını istədiyini qeyd edib. Ərdoğanın sözlərinə görə, daha əvvəl Suriyada baş verən humanitar faciənin bənzəri indi Ukraynada təkrarlanır.