"Rusiya ilə Ukrayna arasında danışıqlar asan getmir".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Belarus 1" telekanalına müsahibəsində bildirib.
"Əsas odur ki, ukraynalılarla yaxınlaşacağımız yer tapaq və danışıqlar davam etsin. Fərqi yoxdur, istənilən yerdə, hətta İstanbulda, əsas məsələ davam etməkdir”, - Peskov deyib.
"Biz Belarusda danışıqları davam etdirməkdən məmnun olardıq, lakin ukraynalılar bunu istəmir. Nədənsə bu, onlar üçün ya əlverişsizdir, ya əlverişsizdir, ya da burada başqa səbəblər var", - Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.