Litva Rusiya qazının tədarükündən tamamilə imtina edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bildirib.
"Bu aydan etibarən Litvada daha Rusiya qazı olmayacaq. İllər əvvəl mənim ölkəm bu gün Rusiya ilə enerji əlaqələrini pozmağa imkan verən qərarlar qəbul etdi. Əgər biz bunu edə bilsək, Avropanın qalan hissəsi də edə bilər", - ölkə lideri qeyd edib.
Bundan əvvəl Avropa Komissiyası Rusiya qazını ildə 155 milyard kubmetr istehlakla əvəz etmək üçün fövqəladə plan hazırlayıb. Plana radiatorların və kondisionerlərin istifadəsinin azaldılması (bu, təxminən 14 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək), biometanın təşviqi, həmçinin külək və günəş enerjisi layihələri (daha 25 milyard kubmetr qənaət) daxildir.