Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya yeni müdafiə yardımı paketi haqqında razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri "Facebook" sosial şəbəkəsində bildirib.
"Biz Ukraynaya yeni müdafiə dəstəyi, yeni paket haqqında razılığa gəldik...", - Zelenski vurğulayıb.
Həmçinin söhbət zamanı Rusiyaya qarşı sanksiyaların "çox nəzərə çarpan" şəkildə gücləndirilməsindən danışılıb: "Biz sülhə nail olmaq üçün birgə addımlar barədə razılığa gəldik. Mən Borisə onun liderliyinə, tarixi liderliyinə görə minnətdaram".
Ağarza Elçinoğlu