Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 5 nəfər itkin düşüb", - məlumatda deyilir.

Martın 31-də başlayan leysan yağışları sürüşmə və daşqınlara səbəb olub. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Ağarza Elçinoğlu