ABŞ Rusiya və Çin tərəfindən deyil, ölkə daxilindəki siyasətçilər tərəfindən təhdid edilir.
"Unikal" xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Bizim üçün ən böyük təhlükə kənardan deyil, bilərəkdən və ya bilməyərəkdən ölkəmizi məhv etmək istəyən xəstə və radikal siyasətçilərdən gəlir. Bu, Rusiya və ya Çindən daha çox ən böyük təhlqkədir", - Tramp Miçiqanda tərəfdarlarının mitinqində deyib.
O, iştirak edənləri 2022-ci il aralıq seçkilərində Konqresə nəzarəti bərpa etməyə çağırıb. İndiyədək növbəti prezident seçkilərində iştirak etmək niyyətini birmənalı ifadə etməyən Tramp 2024-cü il üçün Respublikaçılardan optimist proqnoz verib. "Biz Ağ Evi qaytaracağıq", - deyə siyasətçi bildirib.
Ağarza Elçinoğlu