“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.
"Unikal" Modern.az-a istinadən xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:
“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.