Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanova ilə bağlı dediyi sözlərə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, bu barədə Səidə "Instagram" hesabında açıqlama yayıb. O, Nigar Şabanova ilə bağlı dediyi sözlərin verilişdə sözlərinin montaj edildiyini, fikirlərini xanəndəyə aid olmadığını bildirib:
"Sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada ifa etməsi uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir? Camaat dəflə hind rəqsi oynayır. Orada Nigar Şabanovanın adını çəkdilər. Qayıtdım ki, dəflə ifa edən xanımlar məndən yaxşı maşın sürüb, yaxşı yaşayırlar. Dəflə oxuyanda abırlı, dəfsiz abırsızsan? Sözü Nigara demədim, hələ təriflədim də... Dedim ki, ona dəfsiz oxumaq da yaraşır. Maqazin verilişlərinə səslənirəm, məni çağırmayın. Sərt söz deyirəm, verə bilmirsinizsə verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib? Sözümü verə bilmirsinizsə, çağırmayın. Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun 1 faizini yaşamamışam".
Qeyd edək ki, Səidə sözügedən açıqlamanı "Şourum" verilişində verib.