Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır. RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 4 aprel 2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, 1-ci mədən ərazisində yerləşən Qaralar kənd tam orta məktəbində olub.
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri və rayonda fəaliyyət göstərən idarə və müəsissə rəhbərləri iştirak edib.
Qəbulda 10 məsələ qaldırılıb. Həmin məsələlərdən 6-ı yerində həll olunmuş, 4-ü isə baxılması üçün nəzarətə götürülmüşdür. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşüb, onların problemlərini dinləyib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.