Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

"Unikal"ın xəbərinə görə, məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb.

O, nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.

Nazir müavini qeyd edib ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.

V.Zahirov daa sonra bildirib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

11:45
Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.

"Unikal"ın xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Daha sonra isə deputatlar məsələ ətrafında çıxış edəcəklər.

Anar Kəlbiyev