"Gəncə və Sumqayıt şəhərlərində vahid bələdiyyə sisteminin yaradılması yaxşı olardı".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamemtin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, əgər bu effektiv olarsa, gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər.
Deputat Fazil Mustafa da bildirib ki, paytaxtın rayonlarının bələdiyyələri birləşdirilməlidir: "23 ildir bələdiyyəni öldürə-öldürə gedirik. Heç bir xidmət yoxdur".
Anar Kəlbiyev