"Bələdiyyələrin birləşdirilməsi və sayının azaldılmasına ehtiyac var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda 1600-dən çox bələdiyyə var:
“Hələ işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, yeni 500-ə yaxın bələdiyyə olacaq. Ona görə də təklif edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik".
Anar Kəlbiyev