Bakıda gecə klubundakı partlayış zamanı yaralanan model Təranə Rzayeva (Merlin Təranə) "Instagram" hesabından açıqlama yayıb.
"Unikal" xəbər verir ki, modelin sözlərinə görə onun bu halına sevinən şəxslərdən birinin övladı dünyasını dəyişib.
“Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Bu halıma “əcəb olub” deyənlərdən birinin övladı rəhmətə gedib. Allah rəhmət eləsin. Çox pis oldum. Bədbəxt hadisə hər kəsin başına gələ bilər. Allah məni və mənim kimi çoxunu saxladı”.
Bununla yanaşı, model səhhətinin yaxşı olduğunu bildirib.