“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakı-Milan-Bakı beynəlxalq marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq.
AZAL-dan "Unikal"a verilən xəbərə görə, Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdır.