Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 22-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının vaxtı dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətindən məlumat verilib.
Bildirilib ki, yığıncaq aprelin 27-də baş tutacaq.
Qeyd edək ki, yığıncaqda Akademiyanın yeni prezidentinin seçiləcəyi gözlənilir.