Britaniya vətəndaşı Denni Makkabin İtaliyada 1 avroya ev alıb, lakin orada yaşaya bilməyib.

"Unikal"  ingilis mətbuatına istinadən xəbər verir ki,  Denni Makkabin ölkədə işçi çatışmazlığı səbəbindən uçuq-sökük mənzili təmir edə bilməyib.

Denni bildirib ki, Siciliyada "Case 1 Avro" kampaniyası başlayıb. Bu kampaniya xaricilərə tərk edilmiş evləri çox aşağı qiymətə almağa imkan verir. O, usta axtarmağa bir neçə ay sərf etməli olub, lakin bu müddət ərzində mənzil daha da çöküb və təmir xərcləri 2 dəfə artıb. Adam evə sərmayə qoymağın özünü doğrultmayacağına qərar verib və əmlakı daşınmaz əmlak agentliyinə satıb.

İtalyan işçilərinin yüksək məşğulluğu əmlakın təmiri üçün yeni vergi güzəştləri ilə bağlıdır. İtaliya hökuməti ev sahiblərinə 110-a qədər ekoloji təmir və zəlzələdən qoruyucu təkmilləşdirmələr təklif edir, odur ki, minlərlə vətəndaş bu fürsətdən istifadə etmək qərarına gəlib. (publika.az)