Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkar edilib.
"Unikal" xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.