Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda təmir zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfaltın vurulmaması barədə məlumat yayılmışdı.
"Unikal" xəbər verir ki, sözügedən problem artıq həll olunub. Belə ki, yolun təmir edilməmiş hissəsinə asfalt örtüyü vurulub.
xxx
12:28
Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb.
"Unikal" xəbər verir ki, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Unikal"a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:
"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq", - deyə o əlavə edib.
Murad İbrahimli