“YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə "YAŞAT" Fondundan bildirilib.
Qeyd olunub ki, onlardan 129-u sağalaraq Vətənə qayıdıb. 38 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir.
Hazırda Türkiyə Respublikasında müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib.
Anar Kəlbiyev