İran xarici banklarda ABŞ-ın müraciəti əsasında dondurulmuş 7 milyard dollarlıq aktivlərin azad edilməsi barədə bir sıra ölkələrlə razılıq əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, azad edilən aktivlər bir neçə həftə ərzində İranın hesablarına keçirilə bilər.
İranın hansı ölkələrlə razılıq əldə etdiyi açıqlanmayıb.