Rusiyalı etnoqraf alim Svyatoslav Kaverin Əfqanıstanda saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkədəki Rusiya Biznes Mərkəzi məlumat yayıb.
Mərkəz qeyd edib ki, Kaverinin saxlanılması onu “müşayiət edən şəxslərin bacarıq problemi” ilə bağlıdır. Yəni "Taliban" hərəkatının nümayəndələri alimi müşayiət edən vətəndaşları şübhəli hesab ediblər.
Kaverin bir ay əvvəl Əfqanıstanda saxlanılıb. Həmin vaxt bildirilirdi ki, həmin şəxs qızıl-zinət əşyalarının qaçaqmalçılığında şübhəli bilinir. Buna görə də o, Kabildəki kəşfiyyat şöbəsinə aparılıb.
Alim hazırda xarici vətəndaşların saxlandığı təcridxanadadır.
Ağarza Elçinoğlu