Bakınən Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
"Unikal" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.