Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə 08.04.2022 tarixində “ŞUŞA İLİ”nə həsr olunmuş “Cəmiyyətdə innovativ texnologiyalar” mövzusunda 1-ci Tələbə elmi-praktiki konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfrans şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva cəmiyyətdə innovativ texnologiyaların əhəmiyyətindən danışaraq, Qarabağın işğaldan azad edilməsində texnologiyaların rolunu xüsusi qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat səviyyəsindən olan tələbələr maraqlı mövzularla çıxış ediblər. “Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının müdiri tex.ü.f.d. Niyar Umarova çıxış edərək, konfransın baş tutmasına görə tələbələrə, kafedranın müəllimlərinə və Akademiyanın rəhbərliyinə öz minnətdarlığını bildirib. Konfrans “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyevin moderatorluğu ilə baş tutdu. Sonda konfransda aktiv iştirakına görə tələbələrə sertifikat verilib.