Azərbaycanlı deputatlar Anar İsgəndərov və  Elman Nəsirov "TMB TV"də Serkan Aksarının təqdimatında yayımlanan “Sondan əvvəl” proqramına onlayn qoşulublar.

"Unikal" xəbər verir ki, proqramda azərbaycanlı millət vəkilləri ilə türkiyəli deputat Hikmət Ömeroğlu,  AK Partiya İstanbul İl İntizam Komitəsinin sədr müavini Əhməd Aydın da yer alıb.

Belə ki, proqramda çıxış edən azərbaycanlı millət vəkili Anar İsgəndərov prezident Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib. O,  Ərdoğanın Azərbaycanın qəhrəmanı olduğunu bildirərək:

 "Türkiyə Prezident seçkilərində Azərbaycana gəlib səs ver desə, 10 milyon səs Ərdoğan üçün hazır olacaq", - deyə ifadə edib 

Deputat mövzu ilə bağlı sözlərini belə davam etdirib:

"30 ildən sonra Qarabağı aldıq. Qarabağın işğaldan azad edilməsi Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğanın sayəsində oldu. Əliyev kimi Ərdoğan da bizim qəhrəmanımızdır".

Gülayə  Mecid