“Nar” 15 illik yubileyi münasibətilə sosial media səhifələrində hədiyyəli yarışmalarına davam edir. Mobil operatorun “Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə başlatdığı əyləncəli müsabiqədə bütün “Nar” abunəçiləri iştirak edə bilərlər. 18 aprel tarixinədək davam edəcək yarışmada abunəçiləri “Xiaomi Mi Electric Scooter Pro 2”, “JBL Quantum 600”, “JBL Flip 5” kimi dəyərli hədiyyələr qazanmaq fürsəti gözləyir.
"Unikal" xəbər verir ki, müsabiqənin qaydaları ilə tanış olmaq və fürsətlərdən yararlanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini(Facebook», «İnstagram» və «Twitter») izlədiyinizdən əmin olun.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.