Aprel ayının 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edərək seçicilərinin qəbulunu keçirib. Ismayıllı şəhərində yerləşən ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 30-a yaxın sakin iştirak edib.
"Unikal" xəbər verir ki, qaldırılan məsələlər əsasən şəxsi məişət problemi ilə bağlı olub. Sosial məsələlərlə də bağlı müraciətlər edilib. Bir neçə məsələ operativ surətdə həll edilib.
Digər məsələlər qeydiyyata alınıb və aidiyyəti strukturlara müraciətin ediləcəyi bildirilib. Ehtiyaclı ailələrə humanitar yardımın edilməsi nəzərdə tutulub.