Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub.

"Unikal" xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.

Mərasimdən sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, alim aprelin 8-də 94 yaşında vəfat edib.

***

10:51

Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Teymur Bünayadov II Fəxri xiyabanda dəfn olunacaq.

"Unikal" xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evdən götürüləcək.

Qeyd edək ki, tarixçi alim aprelin 8-də vəfat edib.