Özəl klinika sahiblərinə bəd xəbər
14:36 22-02-2013
CƏMİYYƏT
Azərbaycanda özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Reklam haqqında" qanuna bununla əlaqədar yeni bəndin əlavə edilməsi müzakirə edilib. Dəyişiklik barədə MM-in İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan seriallarında siqaret çəkilməsi ilə bağlı səhnələr yer alır: “Bu da reklamdır. Bunun da qarşısı alınmalıdır. Serial istehsalı ilə məşğul olanlar buna fikir verməlidirlər”.
Müzakirələrdən sonra dəyişiklik qəbul olunub.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50