Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşının vəziyyəti ağır olaraq qiymətləndirilir.
"Unikal" xəbər veriri ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır.
Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.