“İcbari tibbi sığorta sisteminə keçilməsi “Tibbi sığorta haqqında” qanunda təsbit olunub. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar çox ciddi islahatlar həyata keçirilib.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, hər şeydən əvvəl səhiyyə infrastrukturunun köklü surətdə yeniləşdirilməsini qeyd etmək yerinə düşər:
"Əhalinin sağlamlıq göstəriciləri yaxşılaşıb, uşaq ölümləri azalıb, orta ömür uzanıb. Bütün bunlar Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mümkün olub”.
Onun sözləinə görə, icbari tibbi sığortaya keçidlə paralel baş verən bir çox mütərəqqi yenilik, inkişaf prosesləri Azərbaycanda səhiyyə xidmətinin fəlsəfəsini dəyişir:
"Əhaliyə daha keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi mümkün olur. Xidmətin keyfiyyəti artırılır. Səhiyyə elə bir sahədir ki, orada islahatlar daimidir. Burada həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsi kimi qəbul edilir. İnsanlar səhiyyə islahatlarının daha ardıcıl surətdə davam etdiriləcəyinə və müsbət nəticələr verəcəyinə inanırlar".