“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”.
"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub:
“Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub”.