Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.