Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb
15:36 22-02-2013
CƏMİYYƏT
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı fevralın 21-də Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət edərək, səhhətində yaranmış problemlər səbəbindən tibbi müalicə və müayinə müəssisəsinə köçürülməsini xahiş edib. Bu barədə gozetci.az portalına Ə.Zeynallının yaxınları məlumat verib.
Onların dediyinə görə, hazırda siyasi sifarişlə həbs olunan Əvəz Zeynallının səhhətində problemlər yaranıb. O, ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almalarında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini bildirib.
"Xatırladaq ki, bir müddət əvvəl də Penitensiar Xidmətin tibb-sanitar şöbəsinin məlumatında göstərilirdi ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilmişdi. Diaqnozun ciddiliyinə baxmayaraq Ə.Zeynallı ƏN Penitensiar Xidmətin BİT-da yerləşən tibb-sanitar hissəsinə yerləşdirilməmişdi. O baxımdan bu gün də baş redaktorun səhhətində ciddi problemlər qalmaqdadır. Habelə onun burun çəpərinin də təcili əməliyyata ehtiyac var.
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəisi A.Seyidova yazılı müraciət edərək, təcili müalicəyə ehtiyacı yarandığından təcridxananın tibbi müalicə və müayinə müəssisəsində yerləşdirilməsini xahiş edib. O Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilin - Ombudsman aparatının nümayəndələrini də onunla görüşmək üçün dəvət edib və onun bütün lazımi tibbi yardımla təmin etməyə çağırıb", - deyə Ə.Zeynallının yaxınları bildiriblər.
Məlumat üçün bildirək ki, Əvəz Zeynallı 16 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Yaxınları hesab edir ki, məhkəmə prosesinin getdiyi 10 ay müddətində Ə.Zeynallıya qarşı qaldırılmış heç bir ittiham öz təsdiqini tapmayıb. Baş redaktor dəfələrlə PA rəhbəri R.Mehdiyevin sifarişilə həbs olunduğunu sübut edən dəlillərlə çıxış edib. Ə.Zeynallının həbs olunduğu müddətdən bu günə kimi mütəmadi olaraq qeyd etdiyi kimi şər və böhtanına məruz qaldığı Gülər Əhmədovanın özü deputat mandatından və YAP üzvlüyündən məhrum edilərək, haqqında AR CM-nin 178 (Dələduzluq) və 307.2 maddələrilə cinayət işi qaldılıb. Hazırda o Bakı İstintaq Təcridxanasının tibbi müalicə və müayinə müəssisəsində saxlanılır.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Ə.Zeynallıya qarşı irəli sürülmüş ittihamları saxta hesab edir və baş redaktorun iri çinli məmurlar haqqında tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
Onlar hesab edirlər ki, Əvəz Zeynallının həbsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinə ziddir və Ə. Zeynallı dərhal azad olunmalıdır.
Qeyd edək ki, 2013-cü ilin yanvar ayında Avropa Şurası İnsan Haqları Komitəsi Ə.Zeynallının səhhətində kəskin problemlər olduğunu bəyan etmiş və digər 5 siyasi məhbusla birlikdə onun da dərhal azad olunmasını tələb edib.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50