Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
"Unikal" xəbər verir ki, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.