
Prezident İlham Əliyev sərəncam imzalayaraq deputat Fəttah Heydərovu “Şərəf” ordeni ilə təltif edib.
Fevralın 23-də Fəttah Heydərovun 75 yaşı tamam olur.
Fəttah Heydərov 1938-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirib.
Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı olub.
1976-1978-ci illərdə Naxçıvanın əhaliyə məişət xidməti naziri postunu tutub. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvanın mədəniyyət naziri işləyib.
1990-1995-ci illərdə Naxçıvan Ali Sovetinin deputatı olub. 1995-ci ildən Milli Məclisin deputatıdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədridir.