“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprel ayının 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.
Bu barədə "Unikal"a "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub. Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.