"Azərbaycanda Qida Təhlükəsizliyi İnsitutunun bazasını gücləndirmək lazımdır. Bunun üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, içdiyimiz suda olan problemlər sonradan qarşımıza çıxır.
"Aldığımız qida məhsullarında, xüsusi ilə uşaqlar üçün qida məhsullarında olan GMO-lar yaratdığı faciələr göz qabağındadır. Ona görə də regionlarda bu institutun filallarının açılması olduqca önəmlidir. Çünki hər bir məsələnin Bakıda həll olunması yetərli deyil”.
Anar Kəlbiyev