Azərbaycanda toyuq ətindən qida məhsulu kimi istifadə olunması son dərəcə təhlükəlidir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, onları bəsləmək üçün yem məhsullarının hamısı xaricdən gəlir və onların da hər birinin genetikası dəyişirilib.
F.Ağamalı diqqətə çatdırıb ki, Azərbaycanda ölkəmizin təbiətinə, iqliminə uyğun, modifikasiya olmamış meyvə və tərəvəz məhsullarının istehsalı üçün toxumçuluq laborotiyaları genişlənməlidir: “Çünki hazırda Azərbaycanda istehsal olunan tərəvəz məhsullarının hamısının genetikası dəyişdirilib”.
Anar Kəlbiyev