"Qida təhlükəsizliyi haqqında" qanunun qəbulu AQTA-nın həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılımasıdır”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Agentlik sədri bildirib ki, qida təhlükəsizliyinin bütün sahələrində nəzarət həyata keçiriləcək: “Burada artıq nəzarəti islehlakçılar da həyata keçirəcək. Bu qanunda təhlükəli qidaların izlənməsi öz əksini tapıb. Digər bir göstərici ondan ibarətdir ki, qida məhsullarının tərkibində müxtəlif minerallar öz əksini tapır, bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bir sıra xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin çatışmazlığından bir sıra xəstəliklər meydana çıxır. Bu qanunun qəbulundan sonra qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq”.
Anar Kəlbiyev