"Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiyanın Azərbaycandan aparılan pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirərəkən deyib.
"Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac etdiyi ölkələrdə hər hansı məhdudiyyət yoxdur”, - Agentlik sədri bildirib.
Anar Kəlbiyev