2013-cü ildə Vəkillər Kollegiyasından xaric edilən tanınmış hüquqşünas Aslan İsmayılovun yenidən bu quruma üzvlüyü bərpa olunub.
"Unikal" xəbər verir ki, bu barədə Aslan İsmayılov "Facebook" səhifəsində məlumat verib.
Kollegiyaya üzvlük vəsiqəsini paylaşan A. İsmayılov qeyd edib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bununla bağlı qərar qəbul olunub.