12-13 mart tarixlərində XI siniflərin buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 46115 nəfərdən 626 nəfər imtahana gəlməyib.
Bu barədə "Unikal"-a DİM-dən xəbər verilib. Qeyd olunub ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 3 nəfər – Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.