Qarabağa qanunsuz səfər etmək istəyən “Hayastan” blokunun deputatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə buraxılmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, rus sülhməramlılar erməni deputatların olduğu avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb. Daha sonra Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və erməni deputatların Qarabağa qanunsuz səfərinə icazə verilməyib. Erməni parlament üzvləri geri qayıtmalı olublar.