Azərbaycana idxal olunan yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşib.
"Unikal" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Həmin qida məhsullarına 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
Həşəratlar dedikdə təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, hisə verilmiş, duzlu və ya duzlu suya qoyulmuş, yeyilə bilən, canlı olmayan, bütöv və ya hissələrə bölünmüş şəkildə təqdim olunan həşəratlar, həmçinin həşəratlardan qida üçün yararlı olan narın və qaba üyüdülmüş un nəzərdə tutulur.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.