Aprelin 13-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev arasında ikitərəfli görüş keçirilib.

Bu barədə  "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdən əvvəl nümayəndə heyəti “Yangi Özbəkistan” parkına gələrək Müstəqillik Abidəsinin önünə əklil qoyub.

Qonaqları səmimi salamlayan N.Yuldaşev bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi olaraq vurğulanıb.

Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə qardaş Özbəkistanın ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirərək Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

N.Yuldaşev ölkəmizi möhtəşəm qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsi

***10:13

Baş prokuror Kamran Əliyev Özbəkistanda rəsmi səfərdədir.

Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.