Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
"Unikal"ın məlumatına görə, E.Rüstəmovun qudası Əhməd Əhmədzadə də Baş nazirin müşaviridir. Belə ki, Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə E.Rüstəmovun qızı Günel Rüstəmova ilə evlənib.
Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyi vəzifəsini itirib. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.
Əhməd Əhmədzadə isə 15 il (2006-2021) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Anar Kəlbiyev