Ukrayna Silahlı Qüvvələri aprelin 13-də Xarkov vilayətində iki Rusiya təyyarəsini vurub.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov "Telegram"da məlumat verib.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin mobil bölmələri Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum edən 2 Rusiya təyyarəsini vurub. Biz Xarkov vilayətini gecə-gündüz müdafiə edən Ukrayna Silahlı Qüvvələrinə inanırıq", - Sinegubov yazıb.
Ağarza Elçinoğlu