Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə danışıqlardakı son vəziyyəti açıqlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.
“Hələ ki nəticə yoxdur. Gərgin iş davam edir. Nəticə üçün müəyyən əsaslar olduqdan sonra bəyanatlar veriləcək. Hələlik isə elan edəcək nəsə yoxdur”, - o bildirib.