Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Xanlıq kənd ümumi orta məktəbində keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri və rayonda fəaliyyət göstərən idarə və müəsissə rəhbərləri iştirak edirdi.
Qəbulda 14 məsələ qaldırılıb. Həmin məsələlərdən 8-i yerində həll olunub, 6-sı isə baxılması üçün nəzarətə götürülüb.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşüb, onların problemlərini dinləyib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Malik İsaqov növbəti səyyar qəbul keçirib - FOTOLAR
18:18 13-04-2022
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-18 09:21:24
2024-11-18 09:02:43
2024-11-18 08:48:00
2024-11-18 08:47:19
2024-11-17 22:03:46
2024-11-17 20:53:51
2024-11-17 19:59:33
2024-11-17 15:58:32
2024-11-17 13:47:17
2024-11-17 13:30:13
2024-11-17 13:03:11
2024-11-17 10:24:50
2024-11-17 09:43:12
2024-11-17 00:44:18
2024-11-17 00:04:05
2024-11-16 23:01:27
2024-11-16 20:02:05