Sabah Bakının iki rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Unikal"-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan Digah" magistral qaz kəmərində 14.04.2022-ci il tarixdə saat 09:00-dan təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.